...

Rusiyada Azərbaycanın "Fizuli" gəmisinin saydan çıxarılması istiqamətində işlər davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2006 16:18 (UTC +04:00)

Hazırda Eyskdə (Rusiya) saya oturmuş "Fizuli" teploxodu əvvəlki vəziyyətdədir. Kanalın dərinləşdirilməsi üzrə işlər davam etdirilir.

Bu gün Azərbaycanın "Fizuli" teploxodunun saydan çıxarılması istiqamətində işlər davam edib. Trend in xəbər verdiyi kimi, gəminin saydan çıxarılması ilə "Urenqoy" torpaqqazan maşını məşğul olur.

Sentyabrın 12-də "Urenqoy" torpaqqazan maşını ilə torpağın yuyulması davam edib. Teploxodun saydan çıxarılması ilə bağlı cəhdlər edilsə də, bu, nəticəsiz qalıb. "Fizuli" teploxodu 5,5 dəniz mili sürəti ilə limandan xarici reydə çıxarkən, küləyin və axının sol borta tərəf təsiri nəticəsində kanalın sol kənarına dreyf edib və nəticədə ona sıxılmış vəziyyətdə olub. Gəmi yolu itirib və dayaz yerdə dayanıb.

Xəbər lenti

Xəbər lenti