...

Azərbaycan nazirlikləri "quş qripi" təhlükəsi ilə bağlı növbəti monitorinqi başa çatdırıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2006 20:03 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri ölkə ərazisində "quş qripi" təhlükəsinin qarşısını almaq məqsədi ilə növbəti monitorinq keçiriblər. Trend in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinadən xəbər verdiyi kimi, Abşeron, Ağ göl, Şirvan Milli Parkları, Qızıl-Ağac Dövlət Təbiət Qoruğunda və "Sarvan" ovçuluq təsərrüfatında növbəti seromonitorinq zamanı heç bir "quş qripi" xəstəliyinin təzahürləri müşahidə olunan quşa rast gəlinməyib.

Ümumilikdə 43 baş quş müayinə məqsədilə Respublika Baytarlıq Laboratoriyasına təhvil verilib.

Aparılmış seromonitorinqin nəticələri oktyabr ayının ilk günlərində Dövlət Baytarlıq Xidməti tərəfindən açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti