Son vaxtlar fermerlər və kənd təsərrüfatı məhsullarının digər istehsalçıları üçün bu məhsulları Bakı bazarlarında satarkən yaradılan maneələr haqqında çoxlu məlumat yayılır. Trend in xəbər verdiyi kimi, bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Bununla əlaqədar olaraq nazirlik kənd təsərrüfatı məhsulları istehsalçılarının diqqətinə çatdırır ki, belə maneələr yarandıqda, İİN-in Antiinhisar Siyasəti Departamentinə müraciət etmək lazımdır.
Məlumatda bildirilir ki,vaxtında və lazımi ünvana edilmiş müraciətlərə antiinhisar departamenti operativ qaydada cavab verəcək və süni əngəlləri aradan qaldırmaq üçün qanunvericilyə müvafiq olaraq dərhal tədbirlər görüləcək.