...

Kassa aparatlarından istifadəyə nəzarət artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2006 18:42 (UTC +04:00)

Vergilər Nazirliyi operativ vergi nəzarəti üzrə genişmiqyaslı tədbirlər çərçivəsində 135 495 obyektdə vergi reydləri keçirib. Trend Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin press-relizinə istinadən xəbər verir ki, noyabrın 2-ə olan məlumata görə, 31907 obyektdə qanunvericiliyin pozulması faktı aşkar olunub. Nəticədə bu obyektlərə qarşı 2 886,939 min manat məbləğində inzibati cərimə kəsilib.

Bakı üzrə vergi reydləri iyulun 24-dən başlayıb. Reydlər nəzarət-kassa aparatlarından istifadə və alıcılara çeklərin verilməsi, yəni əhali ilə nağd vergi hesablaşmalarının aparılma qaydalarına riayət olunmasına nəzarət etmək üçün həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti