...

Diler əməliyyatlarının həcminə görə Koçbank-Azərbaycan liderliyi davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2006 20:24 (UTC +04:00)

2006-cı ilin oktyabr ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istina olmaqla) Bakı Fond Birjasının (BFB) Analitik şöbəsinin hesablamalarına əsasən, göstərilmiş xidmətlərin həcminə görə dilerlər renkinqinə "Koçbank Azərbaycan" başçılıq edir; şirkət ümumi dəyəri 21 378,688 min AZN olan diler əməliyyatları həyata keçirib.

Trend BFB-in məlumatına istinadən xəbər verir ki, ikinci yeri ümumi həcmi 8719,419 min AZN olan diler əməliyyatları aparmış "Bank of Baku" tutub. Bu göstərici birinci yeri tutan dilerin göstəricisindən 12 659,269 min AZN azdır. Aparılmış diler əməliyyatlarının həcminə görə üçüncü yerdə isə 5 635,174 min AZN-lə "AzərTürkBank" qərarlaşıb.

Sentyabr ayı ilə müqayisədə oktyabr ayında dilerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi artıb. Belə ki, sentyabr ayında diler əməliyyatların öndə gedən məbləği 18095.809 min AZN təşkil edib, oktyabr ayında isə bu məbləğ 1,18 dəfə çox olub. Bundan əlavə, oktyabr ayında əməliyyat aparmış dilerlərin sayı artaraq 6 dilerdən 7 dilerə yüksəlib.

2006-cı ilin oktyabr ayı üçün DQK bazarında aparılmış əməliyyatların həcminə görə Dilerlərin Renkinqi

Xidmətlərin həcminə görə yeri**

Xidmətlərin həcminə görə yeri*

Dilerlərin adları

Əməliyyatlarının həjmi

(AZN)

(AZN)

1

1 (-)

"Koç Bank Azərbaycan"

21.378.687,56

3

2 (▲)

"Bank of Baku"

8.719.418,66

4

3 (▲)

"AzərTürkBank"

5.635.173,46

2

4 (▼)

"UniBank "

3.831.784,82

5

5 (-)

"Azəriqazbank"

2.629.935,08

6

6 (-)

"AtaBank"

1.699.112,22

-

1 (-)

"Standard Kapital"

87.430,86


** - Sentyabr * - Oktyabr

Xəbər lenti

Xəbər lenti