...

Azərbaycanda 2007-ci ildən sonra vergi normalarında ciddi dəyişikliklər gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2006 15:13 (UTC +04:00)

Azərbaycanda 2007-ci ildən sonra vergi tariflərinin azaldılması ilə bağlı ciddi qərarların qəbul olunacağı gözlənilir. Trend in xəbər verdiyi kimi, bu barədə vergilər naziri Fazil Məmmədov məlumat verib. "Dövlət 2005-2006-cı illər ərzində bu istiqamətdə ciddi addımlar atıb, o cümlədən sosial tutulmalar üzrə normalar bir dəfəyə 4% azaldılıb. Növbəti illərdə biz ƏDV və gəlir vergisi üzrə normaların azaldılmasını gözləyirik", - deyə o bildirib.

2007-ci ildə Vergi Məcəlləsinə 3 istiqamətdə dəyişikliklərin ediləcəyi gözlənilir. Bunlar vergi siyasəti, vergi inzibatçılığının təkmilləşdirilməsi və texniki dəyişikliklərdir.

2007-ci ildə vergi inzibatçılığının gücləndirilməsi istiqamətində ƏDV üzrə əlavə bank hesablarının açılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti