...

Yaponiyanın Sumitomo Mutsui bankı Azərdəmiryolbanka kredit xətti açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2006 11:43 (UTC +04:00)

Sumitomo Mutsui Banking Corporation Europe Limited (SMBC) şirkəti Azərdəmiryolbank ASC-yə akkreditivlər açmaq, o cümlədən beynəlxalq ticarət əməliyyatlarını ödəmək üçün $3 mln. həcmində kredit ayırıb. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Sazişin şərtlərinə görə, kredit vəsaitlərinin istifadə müddəti və coğrafiyası genişdir.

Bu məqsədlə müxtəlif maliyyə institutları tərəfindən Azərpbaycan bankına ayrılmış kreditin ümumi həcmi $20 mln-a çatıb.

Qeyd edək ki, noyabrın əvvəlində Avropa Yenidənqurma və İnkişaf Bankı ticarətin maliyyələşdirilməsi proqramı çərçivəsində Azərdəmiryolbank üçün kredit xəttinin həcmini ikiqat artırıb ($6 milyonadək).

Xəbər lenti

Xəbər lenti