...

BBF "Bank Standard"-ın istiqrazlarını paylamağa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2006 14:11 (UTC +04:00)

2006-cı ilin noyabrın 30-dan KB Bank Standard QSC-nin faizli təminatlı adlı sənədsiz istiqrazlarının paylaşdırılması başlayır. Bakı Birja Fondunun məlumatına istinad Trend bildirir ki, emissiyanın həcmi 5 milyon AZN təşkil edir.

Bir istiqrazın nominal qiyməti 1 min AZN məbləğində təyin edilib. İstiqrazlar üzrə illik faiz pulu dövlətin qiymətli kağızları ilə aparılan ticarətdən asılı olaraq dəyişəcək. Buraxılışın tədavül qiyməti 360 gündür.

Emissiya prospektinə müvafiq olaraq, paylaşdırma Bakı Birja Fondunda açıq imza üsulu ilə keçiriləcək. İstiqrazların paylaşdırılması zamanı anderrayt rolunda "Standard Capital" MMC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti