...

2007-ci ildən Azərbaycanda köhnə pul əskinaslarının yeniləri ilə əvəz edilməsi yalnız AMB-də həyata keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2006 19:03 (UTC +04:00)

Azərbaycan Milli Bankı xatırladır ki, 2007 -ci il yanvarın 1-dən köhnə nominallı pul əskinasları respublika ərazisində dövriyyədə olmayacaq. AMB-dən aldığı məlumata istinadən Trend xəbər verir ki, bu tarixdən etibarən həcmindən asılı olmayaraq, köhnə pul əskinasları Milli Bank və onun strukturları tərəfindən müddətsiz və qeyri-məhdud şəkildə dəyişdiriləcək.

AMB əhalini xəbərdar edir ki, 2006-cı ilin 31 dekabrınadək köhnə pul əskinaslarının yenisi ilə əvəz olunması Azərbaycan ərazisində fəaliyyət göstərən banklarda faizsiz keçiriləcək.

Milli Bankda 493-13-23 əlaqə telefonu ilə qaynar xətt açılıb ki, yaranmış suallarla bura müraciət edə bilərlər.

AMB Denominasiya prosesi çərçivəsində üç ilə ehtiyat hesabıyla 1,7 mlrd. AZN (8,5 trln.manat) yeni pul sifariş edib. Yanvarın 1-dən başlayan ilk mərhələdə banknotların ixtiyarına 1,5 manat və metal qəpik (1,3,5,10,20,50 qəpik) dəyərində pul buraxılıb. İkinci mərhələ mart ayının ikinci yarısından başlayıb və dövriyyəyə 10-20 manatlıqlar, üçüncü mərhələdə yəni, aprelin ikinci yarısında qalan 50 və 100 manatlıqlar buraxılıb.

Xəbər lenti

Xəbər lenti