...

İran kooperasiyası naziri Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməyə çağırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2006 10:32 (UTC +04:00)

Dekabrın 6-da İran kooperasiyası naziri Məhəmməd Abbasi İranın Azərbaycandakı səfiri Əfşar Süleymani ilə görüşüb. İran KİV-lərinə istinadən Trend xəbər verir ki, M.Abbasi və Ə.Süleymani Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İranlı nazir Azərbaycanla əməkdaşlığı genişləndirməyə çağırıb. O, iki ölkə arasında mövcud olan tarixi, dini və mədəni yaxınlığı xüsusi qeyd edərək, kənd təsərrüfatı, balıqçılıq, nəqliyyat sahəsində, eləcə də hasiledici və emaledici sənaye sahələrində əməkdaşlığı genişləndirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti