...

Azərbaycan Maliyyə Nazirliyi xarici sığortalananların sığorta halları üzrə vəsait ödənişləri haqqında məlumat verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2006 13:33 (UTC +04:00)

Azərbaycanda sığorta sahəsində mövcud qanunvericiliyə uyğun sığorta təminatının etibarlılığını artırmaq üçün 2006-cı ilin 9 ayı ərzində 23157,6 mln. manat həcmində sığorta risklərinin paylaşdırılması vasitəsilə sığortalanmaya görə 30,99 mln. manat məbləğində vəsait ödənilib. Trend Azərbaycan Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, sığorta şirkətləri sığortalanma üçün risklərin verilməsindən 3,74 mln. manat komissiya alıblar, bu isə sığortalanmaya ödənilən vəsaitlərin 12,1%-ni təşkil edir.

Xarici sığortalananların bu ödənmiş məbləğdə payı 85,1% (26,36 mln. manat) təşkil edib. Xarici sığortalanan şirkətlər tərəfindən göstərilən xidmətə görə ödənilmiş vəsaitlər ümumi sığorta ödəmələrinin 41,1%-ni təşkil edib.

Hesabat dövründə sığortalananların həyata keçirdiyi ödəmələrdə xarici sığortalanan şirkətlərin payı 23,33 mln. manat və ya 63% təşkil edib.

Üç rüb ərzində sığorta daxilolmalarının ümumi həcmi 64,13 mln. manat təşkil edib, bu göstərici 2005-ci ilin analoji dövrü ilə müqayisədə 7,9% azalıb. Sığorta halları üzrə ödəmələr 3,03 dəfə artaraq, 37 mln. manat həcmində həyata keçirilib, bu isə sığorta daxilolmalarını ötərək, 57,7% təşkil edir.

Daxilolmaların böyük hissəsi hesabat dövründə AZAL Sigorta-ya 12,94 mln. həcmində həyata keçirilib. İkinci yerdə Atəşgah Sığorta (9,13 mln. manat), üçüncü yerdə isə - Standard Insurance şirkətidir (6,51 mln. manat). Bu il enerji riskləri üzrə sığorta halları ilə bağlı ödəmələrin həcminə görə ən yüksək xüsusi çəki Atəşgah Sığortadadır (14,23 mln. manat). Bu siyahıda növbəti şirkət 9,72 mln. manat ödəniş həcmi ilə AZAL Sığorta, sonra isə - Azərsığortadır (2,78 mln. manat).

Xəbər lenti

Xəbər lenti