...

Bakıda Türkiyə-Azərbaycan işgüzar şurasının toplantısı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2006 14:07 (UTC +04:00)

Dekabrın 18-də Türkiyənin sənaye və ticarət naziri Əli Coşqunun başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək. Trend Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə (İİN) istinadən xəbər verir ki, Türkiyənin iqtisadi xarici münasibətlər şurasının nümayəndələri ilə yanaşı nümayəndə heyətinə Türkiyənin energetika, tikinti, toxuculuq, ticarət, yük daşınması, informasiya texnologiyaları və b. sahələrlə məşğul olan təxminən 25 şirkət nümayəndələri daxil olacaq.

3 günlük səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçiriləcək və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri müzakirə ediləcək.

Dekabrın 19-da İİN və Türkiyə -Azərbaycan işgüzar şurası tərəfindən Şuranın görüşü və hər iki ölkənin işgüzar dairələrinin görüşü təşkil olunacaq. Görüşdə Azərbaycan tərəfindən 100-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti