...

Şimali Qafqaz dəmir yolu Azərbaycana 38 min sərnişin yola salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2006 16:15 (UTC +04:00)

Bu ilin 11 ayı ərzində Şimali Qafqaz vağzal və stansiyalarından Azərbaycana 38 mindən artıq sərnişin yola düşüb. Trend xəbər verir ki, 2006-cı ilin 11 ayı ərzində ŞQDY 11 mln. sərnişin yola salıb ki, bu da 3 faiz keçən ilki göstəricidən çoxdur.

İlin əvvəlindən Ukraynaya 407 min, Belarusa isə 88 mindən artıq sərnişin yola düşüb.

Ümumilikdə yaxın xaricə 540 mindən artıq sərnişin yola salınıb.

Noyabr ayında satışa 550 mindən artıq bilet təqdim olunub.

Xəbər lenti

Xəbər lenti