...

Azərbaycan və Finlandiya arasında ikiqat vergi qoyulmasından yayınma sazişi qüvvəyə minib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2007 18:06 (UTC +04:00)

Azərbaycan və Finlandiya arasında vergi ödəmələrindən boyun qaçırma hallarının aradan qaldırılması və gəlir və əmlaklara ikiqat vergi qoyulmasından qaçmaq barədə saziş qüvvəyə minib.

Azərbaycan Vergilər Nazirliyindən Trend ə verilən xəbərə görə, saziş Azərbaycanda hüquqi şəxslərin gəlir vergisinə, fiziki şəxslərin gəlir vergisi, əmlak vergisi, torpaq vergisinə, Finlandiyada isə dövlət və korporasiya gəliri vergisinə, komunal vergiyə, kilsə vergisinə, mənbədən faizlə tutulan vergilərə və mənbənin qeyri-rezident gəlirlərinə, həmçinin dövlət əmlakı vergilərinə şamil ediləcək.

Vergi sazişi 2007-ci ilin yanvarın 1-dən Kanada, Latviya, Çexiya, Belgiya Krallığında qüvvəyə minib. Vergilər Nazirliyi cəmi 22 ölkə ilə ikiqat vergi qoyulmalarından qorunmaq barədə sazişi imzalayıb.

Xəbər lenti

Xəbər lenti