...

Dövlət Statistika Komitəsi: Azərbaycan əhalisinin yoxsul təbəqələrinin səviyyəsi 20,8% azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2007 15:47 (UTC +04:00)

2006-cı ilin yekunlarına görə, ölkədə yoxsulluğun səviyyəsi 20,8%-ə qədər azalıb. Bu barədə Trend xəbər verir. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin cümə axşamı Trend ə verdiyi xəbərə görə, hər birinin aylıq yaşayış minimumu 58 manatdan aşağı olan respublika əhalisinin kateqoriyası yoxsulluq səviyyəsindədir.

Onun sözlərinə görə, 2007-ci il üçün Milli Məclis yaşayış minimumunun həcmini 64 manat səviyyəsində müəyyən edib.

Yoxsulluğun azaldılması üzrə birinci Dövlət proqramının həyata keçirilməsinin nəticələrinə, məhz 2005-ci ilin yekunlarına görə, ölkədə yoxsulluğun səviyyəsi 29%-ə qədər azalıb, 2004-cü ildə isə əhalinin yoxsul təbəqəsi meyarı əhalinin 49%-nə şamil edilirdi.

Yaxın vaxtlarda Yoxsulluğun azaldılması və sabit inkişaf üzrə (2006-2015-ci illər) Dövlət proqramının təsdiq olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti