...

Yeni birbaşa Minsk-Bakı-Minsk reysi açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2007 19:26 (UTC +04:00)

Bu ilin 28 fevralından "Belavia" Milli aviaşirkəti Minsk-Bakı marşrutu üzrə müntəzəm reyslər həyata keçirməyə başlayacaq, bu barədə Trend xəbər verir. Reyslər "Azərbaycan hava yolları" şirkətilə əməkdaşlıqda həyata keçirilir.

Reyslər Boinq 737-500 təyyarəsi ilə həyata keçiriləcək. Uçuş müddəti 3 saat 25 dəqiqə olacaq.

"İki şirkətin imkanlarının birləşdirilməsi iki dövlətin paytaxtını birbaşa hava xətti ilə bağlamağa və Belorus və Azərbaycan sakinlərinə Minsk və Bakıdan keçməklə yaxın və uzaq xaricin bir çox ölkələrinə səyahətlərini davam etdirməkdə yaxşı şərait yaratmağa imkan verəcək"-deyə "Belavia"nın məlumatında qeyd olunur.

Xəbər lenti

Xəbər lenti