...

Azərbaycan Mikromaliyyələşdirmə Bankı Bakıda filial açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2007 19:28 (UTC +04:00)
Azərbaycan Mikromaliyyələşdirmə Bankı Bakıda filial açıb

Trend in məlumatına əsasən, Azərbaycan Mikromaliyyələşdirmə Bankı Bakıda növbəti filialını açıb. Bankın yeni filialı Rəsul Rza 15 ünvanında yerləşəcək. Filialın rəhbəri LFS şirkətnin məsləhətçisi Gülnaz Mahmudovadır.

Bank riteyl filial kimi fəaliyyət göstərəcək, əməliyyat xidmətlərinin bütün spektrini təqdim edəcək: həm Azərbaycan daxilində, həm də xaricə sürətli pul köçürmələri, cari hesabların açılışı, VİSA plastik kartalarının xidməti, depozitlərlə iş və s.

Azərbaycan Mikromaliyyələşdirmə Bankı beş təsisçinin mülkiyyətdir: Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Almaniya hökuməti yanında Almaniya İnkişaf Bankı və LFS Financial Systems Gmbh alman konsaltiq firması.

Xəbər lenti

Xəbər lenti