...

Unibank istiqrazları qiymət təyin etməklə öncədən yerləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 17:09 (UTC +04:00)

Unibank kommersiya bankı tərəfindən buraxılmış korporativ valyuta istiqrazlarının fevralın 15-də alış-verişi nəticəsində bank 500 min ABŞ dolları məbləğində istiqrazları öncədən yerləşdirib. Bu barədə bankın məlumatına əsasən, Trend xəbər verir.

İstiqrazlar qiymət təyin etmə qiyməti ilə nominal dəyərin 103,3%-ni təşkil etməklə - bir istiqraz müəyyən edilmiş 1000 dollar səviyyəsində satılıb. Bu qiymətli kağızlar üzrə illik gəlir 13,8% təşkil edir.

Xatırladaq ki, AZ200400202 dövlət qeydiyyat nömrəsi altında qeydiyyata alınmış bu buraxılışdan olan istiqrazların satışı 2006-cı ilin noyabrın 21-də baş tutub. Həmin vaxt alış-veriş nəticəsində bank 3 milyon dollar məbləğində istiqraz yerləşdirib. Qiymətli kağızlar nominal dəyər - bir istiqraza 1000 dollar olmaqla satılıb.

Qeyd edək ki, əvvəllər Unibank istiqrazlarını üç dəfə buraxıb, lakin valyuta istiqrazları bank tərəfindən ilk dəfədir ki, buraxılır. Unibank-ın ilk korporativ istiqrazı "Azərbaycanın fond bazarının inkişafı" TACİS proqramı çərçivəsində 2004-cü ilin yanvarın 26-da buraxılıb. Bu, Unibank-a Azərbacanda korporativ istiqarzların ilk bank-emitenti olmağa imkan verib. Həmin vaxt istiqraz emissiyalarının ümumi həcmi 5 milyard AZM təşkil edib. Həmçinin 2004-cü ildə Unibank 10 milyard AZM və 5 milyard AZM məbləğində emissiya istiqrazları ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti