...

2007- ci ildə Azərbaycanda 300 km avtomobil yolu tikiləcək və yenidən qurulacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Bu il Azərbaycan Nəqliyyat Nazirliyi təxminən 300 km respublika avtomobil yolunun tikintisi və yenidən qurulmasını planlaşdırır. Bu barədə Nəqliyyat Nazirliyi yanında "Azəryolservis" SC rəhbəri Cavid Qurbanov bildirib.

İşlər əsasən Gədəbəy və Tovuz rayonlarında aparılacaq, həmçinin Azərbaycanın tarixi və mədəni abidəsi sayılan Lahıca gedən yol bu plana daxildir. C.Qurbanov bildirib ki, eləcə də sərhəd və ucqar yaşayış məntəqələrinə aparan yollar yenidən qurulacaq.

Bu layihələr üçün vəsait bu il prezidentin sərəncamı ilə yaradılmış "Avtomobil yolları" məqsədli büdcə fondundan ayrılacaq. 2007-ci ildə fondun vəsaitləri 98 mln. manat həcmində nəzərdə tutulub. Yenidənqurma işləri üçün vəsaitlər həmçinin bilavasitə ölkənin dövlət büdcəsindən ayrılacaq.

Xəbər lenti

Xəbər lenti