...

Bu ay Gəncədə elektrik enerjisinə görə ödəmə faizi aşağıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2007 14:52 (UTC +04:00)

Azərbaycan, Gəncə /müxbir Trend V.Məmmədov/Bu ay Gəncədə elektrik enerjisinə görə ödəmə faizi aşağıdır. Bu barədə məlumatı Gəncə Elektrik Şəbəkəsinin direktoru Əhməd Musayev verib.

Müsahib bildirib ki, bu ay əhalinin elektrik enerjisinə görə ödədiyi pul 420 min manat təşkil edib. Bu isə verilən enerjinin dəyərinin 30 faizi deməkdir. "Yığımın aşağı düşməsinin yeni tariflə əlaqəli olduğunu düşünürük. Tarif artdığından əhali qrupu üzrə abonentlər sərf etdiyi enerjinin pulunu ödəyə bilmədiklərini söyləyir. Bu kimi səbəblərdən əhalinin elektrik enerjisinə görə olan borclarınıın ödəmə faizinin get-gedə aşağı düşəcəyi ehtimal olunur".

Qeyd edək ki, ötən ay Gəncə üzrə enerji dəyərinin yığımı 402 min manat olub. Bu da həmin ay verilən enerjinin 44 faizi deməkdir.

Xəbər lenti

Xəbər lenti