...

Palmali yeni gəmilərin inşası üzrə müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2007 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend S.Əliyev/ Palmali Şirkətlər Qrupu ilə "Krasnoe Sormovo" (Nijniy Novqorod) gəmiqayırma zavodu arasında 7000 ton dedveyti olan "Armada" seriyasından 10 tankerin inşasına dair müqavilə imzalanıb. İnşa olunacaq bu gəmilərə dəniz sularının gəmilər tərəfindən kirçləndirilməsinə qarşı qüvvədə olan yüksək beynəlxalq tələblərə cavab verən "Eko" sertifikatı veriləcək.

Gəmilər iki il müddətinə inşa olunacaq.

Son üç ildə Palmali Şirkətlər Qrupu Rusiyanın gəmiqayırma zavodlarında 15 gəmi inşa etdirib. Onlardan 7 quru yük gəmisi (dedveyti 6970 ton) və 5 neft barjası (dedveyti 4400 ton) Volqoqrad gəmiqayırma zavodunda, 3 quru yük gəmisi (dedveyti 6354 ton) "Krasnoe Sormovo" gəmiqayırma zavodunda inşa olunub. 2007-ci ildə Nijniy Novqoroda daha iki quru yük gəmisinin inşası başa çatdırılacaq.

PALMALİ Şirkətlər Qrupu Aralıq, Baltik, Xəzər və Qara dəniz hövzələrində yük daşınmalarını həyata keçirir. Bunula yanaşı, şirkət Rusiyanın daxili sularında yük daşınmaları üzrə liderdir. Şirkətin donanması 120-yə yaxın yük gəmisindən ibarətdir.

Şirkət əsasən neft məhsulları (benzin, qazoyl, vakumlu qazoyl, yanacaq, ağ neft), xam neft, ərzaq və sənaye yağlarının daşınmasında ixtisaslaşıb. Bundan əlavə, şirkətə məxsus quru yük gəmiləri həmçinin bütün növ quru yüklərin daşınmasını da həyata keçirir.

Xəbər lenti

Xəbər lenti