...

Bu il Bakının sərnişin nəqliyyat sisteminə 550 yeni avtobus buraxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2007 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bu il Nəqliyyat Nazirliyi xarici investisiyalar hesabına Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi (qərb istiqaməti) yolunun müxtəlif sahələrində tikinti işlərini davam etdirmək niyyətindədir. Bu barədə məlumatı Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin müdiri Sədrəddin Məmmədov verib.

Onun sözlərinə görə, 2007-ci ildə həmçinin Bakı-Quba-Rusiya sərhədi (şimal istiqaməti) və Ələt-Astara-İran sərhədi (cənub istiqaməti) avtomobil yollarının da bəzi sahələrində təmir və tikinti işləri davam etdirilcəck.

Həmçinin Bakıətrafı dairəvi yolun tikintisi davam etdiriləcək. 85,6 km uzunluğunda olan Hacıqabul-Kürdəmir yolunun tikintisi isə başa çatdırılıb. Bu il yolların tikintisi və rekonstruksiyası üçün yeni maşınların alınması və yeni asfalt-beton zavodlarının quraşdırılması nəzərdə tutulub.

Avtomobil nəqliyyatı sahəsində görülən işlər çərçivəsində yeni Bakı beynəlxalq avtovağzalının tikintisi, xırdatutumlu sərnişin nəqliyyatı vasitələrinin iri (200 avtobus) və orta (250 avtobus) ölçülü avtobuslarla əvəz olunması, Bakıda sərnişin nəqliyyatının tənzimlənməsi üçün "İntellektual Nəqliyyat Sistemi"nin yaradılması istiqamətində koreyalı mütəxəssislərlə tədqiqat-sınaq işlərinin aparılması, sərnişin nəqliyyat marşrutlarının optimallaşdırılması və Bərdə şəhərində avtovağzalın tikintisinin başa çatdırılması məsələləri var.

Xəbər lenti

Xəbər lenti