...

Ekspertər: Azərbaycan karbohidrogen ehtiyatlarının nəqli bazarında Gürcüstanla rəqabətə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2007 21:00 (UTC +04:00)
Ekspertər: Azərbaycan karbohidrogen ehtiyatlarının nəqli bazarında Gürcüstanla rəqabətə hazırlaşır

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev / Qara dəniz neft terminalı olan Batumi (operator Greenoak) rəhbərliyinin bir müddət əvvəl Azərbaycanın dəmiryolu ilə daşınan yüklərlə bazarın monopoliyalaşdırılması barədə bəyanatı ARDNŞ-in Gürcüstanda aldığı Kulevi terminalı ilə gözlənilən rəqabətdən irəli gəlir. Bunu Trend -ın keçirdiyi sorğuda nəqliyyat ekspertləri bildirib.

Hazırda Gürcüstanda neft və neft məhsullarının boşaldılıb və yüklənməsi ilə Batumi limanı məşğul olur. Batumidə ancaq duru neft emal olunur. Azərbaycanın yüngül nefti BP-nin operatorluğu ilə Supsa limanından ixrac olunur. Karbohidrogen daşımalarına yaxın zamanlarda ARDNŞ-in Kulevidəki limanı da qoşulacaq kli, bu da Batumi və Poti limanları ilə rəqabət yaradacaq.

Batumi liumanı təmsilçiləri Azərbaycan-Gürcüstan dəmiryol koridoru ilə daşınan yüklərin 2006-cı illə nisbətdə 12,5 mln. tondan təqribən 30 faiz azalaraq 9,5 mln. tona düşəcəyini güman edirlər.

Ekspertlər qeyd edirlər ki, Azərbaycanın dəmir yolu ilə bu istiqamətdə daşınan yüklər hər gün artır. Daşınan ümumi həcmin təqribən 75 faizini neft və neft məhsulları təşkil edir.

"Məsələn,2007-ci ilin yanvar-fevral aylarında Azərbaycanın dəmiryolu ilə 4,6 mln. ton müxtəlif yüklər daşınıb ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 1,8 faiz çoxdur",-deyə ekspertlər bildirir. 2006-cı ildə isə ümumilikdə 30 mln. ton müxtəlif adda yük daşınmışdı ki, bu da 2005-ci illə müqayisədə 12 faiz çoxdur.

Ekspertlərin sözlərinə görə, 2007-ci ildə Batumi limanına göndərilən karbohidrogen ehtiyyatları doğurdan da azala bilər, amma bu koridorla daşınan ümumi yükün həcminin azalmasına görə yox, neft adlı məhsulların bir hissəsinin Kuleviyə istiqamətləndirilməsi nəticəsində olacaq.

"2006-cı ildə fəaliyyətlərini daayandırmış bir-neçə şirkətin də neft daşımalarını bərpa edəcəyi gözlənilir. Bu həcm ARDNŞ-in Kulevidəki yeni terminalından da keçə bilər",-ekspertlər vurğulayır.

Neftin daşınması ilə bağlı Azərbaycan Dəmiryolunun tariflərinə gəldikdə isə, hazırda terminal yığımları ilə birlikdə Bakı limanından 1 ton neftin Gürcüstan sərhədinə aparılması 11 dollara başa gəlir. Gürcüstan Sərhədindən də Batumi terminalına daşıma anoliji qiymətə başa gəlir.

"Batumi limanının da rəhbərliyindən bildirildiyi kimi Azərabayacan Dəmiryolu tarifləri artırmayıb. Ötən il 90-cı illərdə neftin dünya bazarında ucuz olması və daşınmanın artırılması üçün həcmdən asılı olaraq tətbiq oluna güzəştlər ləğv olunub",-deyə ADDY-dən bildiriblər.

Bununla yanaşı dizel yanacağının qiymətinin qalxmasına baxmayaraq ötən il tariflər dəyişdirilmədi. 2007-ci ilin yanvarında Azərbaycanda dizelin qiymətinin yenidən qalxmasılna baxmayaraq bu da tariflərə hələ ki təsir etməyib.

Ekspertlər xatırladırlar ki, Acariyada olan siyasi problemlərin həllinə qədər bu ərazidə yerləşən Batumi limanında bir tona gorə yükün emalı 14 dollar təşkil edirdisə, Bakıda həmin qiymət 4-5 dollara bərabər idi.

Bu həftə Azersun Holding (tərkibinə Middle East Petroleum daxildir) - in rəhbəri Abudulbari Qezelin bildirdiyinə görə, hazırda Bakı yaxınlığında yeni neft terminalının layihələndirilməsi gedir. 3 mərhələdə tikiləcək obyektə 90 mln dollar sərf olunacaq ki, burda da hər mərhələdə ötürmə gücü 15, 25, 35-40 mln. ton olacaq.

Terminalın səhmdarları və TŞO konsorsiumu arasında neftin "Tenqiz"dən yüklənməsi barədə danışıqlar başa çatmaq üzrədir və "Kaşaqan"la bağlı isə fransız TOTAL şirkəti ilə danışıqlahr başlayıb.

Bununla yanaşı Trend müəyyən edib ki, terminal ancaq BTC üçün neft daşımayacaq, burada qara dəniz istiqamətində qatarlarla yük daşınması üçün estakadalar qurulacaq. Ilkin mərhələd ancaq 80 vaqonun neftlə təmin olunması üçün estakada qurulacaq.

Bu yolla şirkət Azərbaycan və Gürcüstan dəmir yollarında yüklərin daşınmasını artırmarq niyyətindədir.

Greenoak-ın məlumatında həmçinin qeyd olunub ki, "uzun illər boyu azərbaycanlı ekspeditorlar Gürcüstandan öz müştərilərinə fasiləsiz olaraq tam xidmət göstərir, amma Azərbaycan inhisarı Gürcüstanabu cür hüquq verməkdən imtina edir".

Ekspertlərin fikrincə, məsələ ekspeditor və daşıyıcılarda deyil. Səbəb yükün sahibləri ilə bağlıdır ki, onlar istədikləri şirkətlə işləyirlər.

Greenoak qeyd edir ki, "Azərbaycan inhisarı bu cür hərəkətlərə son qoymalıdır. Nəzərə alınmalıdır ki, ona hətta Kulevidə terminal almaq imkanı da yaradılıb. Bu inhisar daha da genişlənir və indi Gürcüstan dəmir yolu koridorunu da öz nəzarəti altına alıb ki, bu məsələnin də düzəldilməsi Gürcüstan hökumətinin üzərinə düşür".

Azərbaycanın nəqliyyat ekspertləri isə anlamır ki, Gürcüstan hökuməti hansı yolla bu "məsələnin düzəldilməsini" həyata keçirəcək. Terminalın alınması zamanı bütün beynəlxalq standartlar çərçivəsində saziş imzalanıb.

"Limana gedən yollar ARDNŞ tərəfindən tikiləcək ki, onların da idarə olunması Gürcüstan hökuməti trərəfində ARDNŞ-ə verilib",-deyə ekspertlər bildirir.

Qeyd etmək lazımdır ki, qış mövsümündə Batumi limanında sisternlərin yığılıb qalması (hətta 3000 vaqon) müşahidə olunurdu. Neftin yüklənməsi üçün havanın soyuq olduğu dövrlərdə o qızdırılmalı olurdu.

"İndiyə qədər dəmir kyolunun bəzi hissələri də normal fəaliyyət göstərmir. Birxətli yollar qatarların hərəkətinə mane olur",-deyə ADDY-də hesab edirlər.

Hazırda Batumidə rezervuar parkının gücü 530 min ton təşkil edir. Kulevi limanında isə yükləmə gücü 10 mln ton, rezervuar gücü isə 320 min kubmetr təşkil edir ki, bunun da müvafiq olaraq 20 və 380-ə qaldırılması planlaşdırılır.

Dördxətli dəmiryolu ilə terminala 168 sistern çatdırmaq mümkün olacaq.

Yeni terminal yükgötürməsi 100 min tondan çox olan tankerləri qəbul edə biləcək. Layihənin birinci mərhələsi 150 mln. dollara baaşa gələcək. Terminalın 2007-ci ilin ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti