...

"Azərbaycan investisiya şirkəti" duz istehsalı üçün ikinci xammal mənbəyi ilə razılaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2007 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / "Azərbaycan investisiya şirkəti" SC yodlaşdırılmış və narın süfrə duzu istehsalı üzrə yeni zavodun ikinci xammal mənbəyi ilə razılaşıb. Bu barədə AİŞ-in çərşənbə axşamı yayılmış məlumatında deyilir.

AİŞ və Azərsun Holding şirkətlər qrupu arasında imzalanmış anlaşma memorandumuna əsasən, duz Masazır gölü yaxınlığında, Türkmənistan yatağından alınacaq.

Layihənin reallaşdırılması nəticəsində sutka ərzində texniki təmizləmədən keçmiş ən azı 100 ton süfrə duzu və 30 ton duz istehsal olunacaq.

İlkin danışıqlara görə, investisiya şirkətinin layihədə iştirak payı təqribən 25 faiz təşkil edəcək.

"Bu layihəyə aktual məsələlərdən olan yod çatışmazlığı probleminin həll olunması nöqteyi-nəzərindən böyük əhəmiyyət verilir", - deyə məlumatda göstərilib.

Xəbər lenti

Xəbər lenti