...

Honkonqİnvest agentliyi Şanxayda öz xidmət mərkəzini açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend U.İsmayılova/ Nalogi.net. saytının məlumatına görə, Honkonqun Honkonqİnvest agentliyi investisiyaların cəlb edilməsi üçün Şanxayda xidmət mərkəzi açdığını artıq elan edib. Yeni mərkəz bazarın tədqiqi, viza sənədlərinin qeydiyyatı, heyət seçimi və s. xidmətlərlə məşğul olacaq.

Mərkəzin baş direktoru Mayk Rouzun sözlərinə görə, Şanxayda ofisin açılması Yantsı çayı ətrafındakı regionlarda xidmət agentliklərinin iş səviyyəsinin aşağı düşməsinə özünəməxsus cavab olacaq. O bildirib ki, Honkonqda qeydiyyata alınan şirkətlərin sayının artırılması və agentliklərin fəaliyyətinin genişlənməsi gözlənilir. Rouz həmçinin qeyd edib ki, agentliyin fəaliyyətini və yeni xidmət mərkəzini nəinki Ticarət Nazirliyi, eyni zamanda Çin hökuməti də dəstəkləyir. 2006-cı ilin son məlumatlərına görə, Çin şirkətləri Honkonq iqtisadiyyatına 2 milyard ABŞ dolları məbləğində investisiya yatırıb.

Xəbər lenti

Xəbər lenti