...

Nazir: Yuksel Domanik Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi üzrə TİƏ işlərini başa çatdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2007 13:47 (UTC +04:00)
Nazir: Yuksel Domanik Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi üzrə TİƏ işlərini başa çatdıracaq

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Türkiyənin Yuksel Domanik şirkəti may ayının sonuna qədər Bakı-Tiflis-Qars dəmir yolu xəttinin bir hissəsini təşkil edən Gürcüstanın dəmir yollarının yenidən qurulması üzrə işlərin texniki iqtisdadi əsaslandırmasını (TİƏ) başa çatdırmağı planlaşdırıb. Bu barədə çərşənbə günü Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazirin sözlərinə görə, işlərin tamamlanması üçün Dövət Neft Fondu 50 mln. dollar vəsait ayırıb. "Ümumilikdə Azərbaycan Gürcüstana krtedit şəklində 200 mln. dollar ayırmağı planlaşdırıb. Bütün bu vəsait Dövlət Neft Fondundan ayrılacaq. Vasitəçi qismində isə Beynəlxalq Bank çıxış edəcək",-deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti