Azərbaycan, Bakı /müxbir. Trend U.İsmayılova/ A-Group sığorta şirkəti kapital nizamnaməsini 1 mln.550 min AZN-dək - 40 faiz artırıb. Bu barədə məlumat çümə axşamı şirkətdən verilib.
2006-cı ildən şirkət tərəfindən toplanan sığorta pulunun miqdarı isə 4 mln. 959 min 982 AZN təşkil edir. A-Group-un gəlirlərinin əsas hissəsi könüllü tibbi sığortadan əldə edilir.
Maşınların kompleks şəkildə sığortalanması pulu əvvəlki ilin analoji göstəricisindən 3 dəfə çoxalıb. Şirkətdə həmçinin təkrar sığortadan gələn gəlirlərin artdığı da görünür. Azərbaycan sığorta bazarında 1995-ci ildən fəaliyyət göstərən A-Group SŞ sığortanın 19 növü üzrə xidmət göstərir, onlardan ikisi məcburidir.