...

BMK Azərbaycanda korporativ idarəetmənin səviyyəsini qiymətləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2007 13:39 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/ Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) müşahidələri göstərib ki, Azərbaycanın bank sistemində korporativ idarəetmə digər kommersiya müəssisələrinə nisbətən daha yaxşı inkişaf etdirilib. BMK İsveçin İqtisadi Məsələlər üzrə Federal Departamenti (SECO) ilə birgə sorğu keçirib. Sorğunu Sigma şirkəti keçirib. Bank və müəssisələrin sorğu proqramı 2005-ci ili əhatə edir.

BMK Bakı, Sumqayıt, Xaçmaz və Lənkəranın 1800 müəssisəsi və paytaxtın 34 bankında sorğu aparıb.

BMK hesab edir ki, bank və müəssisələr maliyyə göstəricilərinin şəffaflığının təminatında, səhmdarların hüquqlarının müdafiəsində menecmentlik və müşahidəçilər şurasının ixtisaslaşdırılmasına, mülki xüsusiyyətlərin ixtisaslaşdırılmasına ehtiyacı var.

Şirkətin korporativ idarəetməsinin inkişaf səviyyəsinin göstəricilərindən biri daxili auditin aparılmasıdır. Sorğunun yekununa əsasən, Azərbaycanda bankların 91 faizi mütəmadi olaraq daxili audit aparır. 12 faiz bankın strukturlarında daxili audit aparılmır.

Azərbaycan qanunvericiliyinə uyğun olaraq bankın nizamnamə kapitalı 10 mln. manat, ASC-ninki isə 4 mln. manat təşkil etməlidir. Banklarda xarici investisiyanın iştirakı 15 faiz, ASC-də isə 4 faiz təşkil etməlidir.

Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qruplarının özəl sektorda investisiya həyata keçirən təşkilatlarından biridir. Korporasiya Azərbaycan iqtisadiyyatının sahələrinə 1995-ci ildən dəstək verir və 465 mln. dollar kredit ayırıb.

Xəbər lenti

Xəbər lenti