...

Baku Steel Company əməkdaşlarının sayını azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend S.Babayeva/ Azərbaycanın böyük metallurgiya sənayesi müəssisəsi olan Baku Steel Company (BSC) şirkəti əməkdaşlarının sayını azaldıb. Bu barədə məlumatı BSC-nin vitse-prezidenti Əli Əsgəri verib.

Əvvəllər əməkdaşlarının sayı 2000-dən çox olan şirkətdə həzırda 1800 nəfər çalışır.

Onun sözlərinə görə, ştatları ixtisara salmağa məcbur olublar, çünki bu gün müəssisə istehsal üçün xam metal çatışmazlığı səbəbindən tam gücü ilə işləyə bilmir. Müəssisədə sutkada 0,8 min ton xam metal istifadə edilir, ancaq lazım olan rəqəm 1,4 min tondur.

"İlin əvvəlində xammal çatışmazlığı səbəbindən zavodda istehsalat dayandırıldıqdan sonra bir çox işçilər öz hesabına məzuniyyətə göndərildi, bundan sonra isə əməkdaşların bir hissəsinin ixtisara salınması lazım oldu"- Əsgəri deyib.

Vitse-prezident onu da bildirib ki, indi zavodda xammal var və bu, aprel ayının sonlarına qədər istehsalı dayandırmamağa imkan verəcək. Paralel olaraq xammal yığımı işləri aparılır.

Xəbər lenti

Xəbər lenti