...

Azərbaycanda Ələt-Astara avtomagistralının yenidənqurulması başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 16:43 (UTC +04:00)
Azərbaycanda Ələt-Astara avtomagistralının yenidənqurulması başlayır

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycanın Nəqliyyat Nazirliyi sabah Ələt-Astara avtomobil magistralının yenidənqurulması ilə bağlı təntənəli mərasim keçirəcək. Nazirlikdən verilən xəbərə görə, yenidənqurma işləri üçün Dünya Bankı 200 milyon dollar ayırıb. Bu vəsait Ələt-Masallı magistralının (layihənin bir hissəsidir) genişləndirilməsi və marşrutun dəyişdirilməsinə sərf olunacaq. Nəticədə magistralın uzunluğu 230 kilometrdən 200 kilometrədək qısalacaq. Ələt-Masallı üzrə məsləhətçi rolunda Finlandiyanın Finroad Ltd. şirkəti çıxış edir.

2007-ci ildə Asiya İnkişaf Bankının direktorlar şurası 500 milyon dəyərində olan multitranş paketini (Multitranche Financing Facility) və Masallı-Astara avtomobil yolunun bir hissəsinin yenidənqurulması üzrə kredit müqaviləsini təsdiqləmək niyyətindədir.

Məsləhətçi rolunda çıxış edən ABŞ-ın TERA şirkətinin ilkin qiymətləndirməsinə görə, yeni yolun qiyməti təxminən 215 milyon dollara bərabərdir. Bu məbləğin 190 milyonu Asiya İnkişaf Bankının payına, yerdə qalan hissəsi isə Azərbaycan hökumətinin payına düşür.

Asiya İnkişaf Bankı kreditin bir hissəsini ($170 milyon) adi qaydada, digərini ($20 milyon) isə güzəştli qaydada verəcək. Güzəştli kredit ətraf kəndləri əsas magistrala bağlayacaq yolların yenidənqurulması üçün nəzərdə tutub.

Xəbər lenti

Xəbər lenti