...

Azərbaycan 25-dən çox yeni gəmi inşa etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2007 18:56 (UTC +04:00)
Azərbaycan 25-dən çox yeni gəmi inşa etmək niyyətindədir

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının şəhərdən kənara çıxarılması məsələsi diqqət mərkəzindədir. 

"Azərbaycanın strukturuna görə məşhur Avropa Dəniz Limanlarından geri qalmayan, beynəlxalq tələblərə cəvab verə bilən müasir limana ehtiyacı var. Bu, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılması üzrə əlavə qol, Böyük İpək Yoluna çıxış üçün müasir keçid olacaq",-deyə Dövlət Dəniz   Administrasiyasının rəhbıri Qüdrət Qurbanov qurumun bir illik fəaliyyətinə həsr olunmuş tədbirdə bildirib.

Dövlət Dəniz Administrasiyası tərəfindən Azərbaycan Respublikasının 2008-2011 illər üçün Dövlət İnvestisiya Programının (DİP) layihəsinə daxil edilmək üçün təkliflər hazırlanır.

Bu təkliflərdə Azərbaycan Donanması üçün 11 ədəd yeni tankerin, 10 quru-yuk daşıyan gəminin, 6 ədəd müasir gəmi-bərənin və s. dəniz nəqliyyatı vasitələrinin inşa edilməsi, dənizçilik sektoru üçün qəza-xilasetmə və koordinasiya mərkəzinin, radar təlim-tədris-məşq mərkəzinin, qlobal dəniz, fəlakət və təhlükəsiz rabitə sistemi üzrə təlim-tədris, məşq mərkəzinin tikintisi nəzərdə tutulub.

Yalnız son bir ildə Dənizdə İnsan Həyatının muhafizəsi və Dənizçilərin hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri haqqında (SOLAS və DHSNÇ) Beynəlxalq Konvensiyaların tələblərinə müvafiq olaraq dənizçilik sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə (təlim-tədris mərkəzlərində müvafiq kurslar keçdikdən sonra) 4600-dən çox diplom, şəhadətnamə və sertifikatların verilməsi təmin edilib.

Son bir ildə Dövlət Dəniz Administrasiyası tərəfindən Beynəlxalq Konvensiyaların tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasının Limanalarına daxıl olan  37 gəmidə, o cümlədən Azərbaycan bayrağı altında üzən 25, xarici dövlətlərin bayraqları altında üzən 12 gəmidə Dövlət Liman və Dövlət bayrağı nəzarəti yoxlamaları həyata keçirilib.

2006-ci ilin iyul ayından bu günədək 8 şirkətin Təhlükəsiz idarəetmə Haqqında Beynəlxalq Məcəllə (ƏİBM) üzrə əsas sənədlər toplusu yoxlanılaraq təsdiqlənib, Gəmi Liman Vəsitələrinin Mühafizəsi Haqqında Beynəlxalq Məcəllənin (GLVM BM) tələblərinə müvafiq olaraq aparılmış yoxlamalar nəticəsində 100-dən artıq gəmi və 5 liman vasitəsi beynəlxalq standartlara uyğun olduğuna görə şəhadətləndirilib.

Administrasiya tərəfindən Hövsan, Lənkəran (Nərimanabad) və Şimali-şərqi Bankə (Nefçala) Liman məntəqələrinə məntəqə kapitanları təyin edilib.

Balıqçılıq gəmilərində olan nöqsanların aradan qaldırılması istiqamətində Administrasiya tərəfindən müntəzəm olaraq müvafiq nəzarət işləri həyata keçirilir. Dənizçilik fəaliyyəti sahəsində özəl şirkətlərin fəaliyyəti və inkişafı üçün əlverişli şərait yaradılıb.

Q.Qurbanov respublikamızın dünyanın dəniz ölkələrinin siyahısında layiqli yer tutduğunu, keçmiş SSRİ respublikalarındakı donanmalarla müqayisədə ölkəmizdə bu sahənin dövlət iqtisadiyyatının strateji cəhətdən mühüm hissəsi kimi daim diqqət mərkəzində olduğunu bildirib.

1995-ci ildə Azərbaycan İMO-nun tərkibinə daxil olub.

Bu dövr ərzində Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının dənizdə insan həyatının, dənizçiliyin təhlükəzisliyi, ətraf mühütin mühafizəsi ilə əlaqədar 20-dən çox konvensiyasına qoşulub.

Dövlət Dəniz Administrasiyasının əsası 21 aprel 2001-ci ildə Azərbaycan prezidenti tərəfindən qoyulub. 20 aprel 2006-cı il tarixli fərmanla təsdiqlənmiş Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti