...

Bank Standard faizsiz səhmlərini emissiya etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2007 20:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən QSC "Bank Standard" KB-nin faizsiz sənədsiz adlı istiqrazların emissiya prospekti qeydə alınıb. Bu barədə Bakı Fond Birjasının məlumatında göstərilib.

Emissiyanın həcmi 2 mln. AZN, bir istiqrazın nominal dəyəri 100 AZN, dövriyyə müddəti isə 1 ildir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində isə "Standard Kapital" MMC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti