...

Mart ayında inflyasiyada qeyri-monetar amillərin iştirak payı 89,5% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2007 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / Azərbaycan Milli Bankının rəqəmlərinə əsasən, mart ayında orta inflyasiya 16,6 faiz təşkil edib. Bu barədə Milli Bankdan məlumat verilib. İstehlak qiymətlərinin inflyasiyası mart ayında fevral ayına nisbətən 1,2%, ilin əvvəlinə nisbətən 9,3%, ötən ilin mart ayına nisbətən 16,4% təşkil edib.

Ay ərzində ərzaq məhsulları 1,8%, qeyri-ərzaq malları 0,6%, xidmətlər 0,3% bahalaşıb.

AMB-nin iqtisadi modelinə uyğun olaraq 2007-ci ilin mart ayında inflyasiyanın formalaşmasında monetar amillər 10,5% iştirak payına malik olub. Pul kütləsinin 2006-cı ilin noyabr-dekabr aylarında 15,5% artımının laq effekti 10% təşkil edib. Qeyri-neft sektoru üzrə idxal çəkili NEM-in 1,2% ucuzlaşması isə 0,5% artırıcı təsir edib.

İnflyasiyada qeyri-monetar amillərin iştirak payı 89,5% , o cümlədən mal və xidmət təklifinin artımı 3,7% azaldıcı, inzibati qiymətlərin artımı birbaşa 33,8%, dolayı olaraq 29,1%, mövsümi amillər isə 22,9% artırıcı təsir payına malik olub.

Mart ayında İQİ-də mövsümi amillərin rolu nəzərə çarpacaq olub. Belə ki, bu dövrdə bəzi

malların mövsümi bahalaşması nəticəsində aylıq İQİ 0,6% bəndi yüksəlib.

Qeyri-mövsümi amillər əsasən fiskal ekspansiyadan irəli gələn istehlak tələbinin artımından və

inzibati qiymətlərin yüksəlməsindən ibarət olub.

Yanvar-mart ayları ərzində ərzaq mallarının inflyasiyada iştirak payı 47,7%, o cümlədən

çörək, çörək məhsulları və yarmanın payı 5,3%, ət və ət məhsullarının payı 4,6%, meyvə-tərəvəz

məhsullarının payı 33,7%, yağ və piy 2,6%, şəkər, çay 1,5%, içkilər və tütün 0,3% artırıcı, süd və yumurta isə -0,4% təşkil edib.

Bu dövr ərzində qeyri-ərzaq məhsullarının payı 15,4%, xidmətlərin payı 37% olub.

Mart ayında ticari sektorda inflyasiya fevral ayına nisbətən 1,4%, ötən ilin mart ayına nisbətən 14,6% olub. Qeyri-ticari sektorda əvvəlki aya nisbətən 0,3%, əvvəlki ilin müvafiq ayına nisbətən 19,5% təşkil edib.

Mart ayında istehsalçı qiymətləri indeksi neft sektoru üzrə aylıq 0,9% azalıb, ilin əvvəlinə nisbətən 2,9%, 2006-cı ilin mart ayına nisbətən 7,6%, orta illik isə 8,8% artıb.

Qeyri-neft sektorunda istehsalçı qiymətləri indeksi aylıq olaraq 0,4% azalıb, müvafiq olaraq 74,3%, 80,4%, 80% dəyişib.

Xəbər lenti

Xəbər lenti