...

Unibank MasterCard kartının emissiyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2007 13:38 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Unibank beynəlxalq ödəmə sisteminin MasterCard plastik kartının emissiyasına başlayıb. Bu barədə bankın məlumatında bildirilib. İndi Unibank müxtəlif kateqoriyadan olan müştərilərinə və müxtəlif məqsədli MasterCard kartının növlərini - Maestro, MasterCard Standard, MasterCard Gold i MasterCard Platinum təqdim edir.

MasterCard plastik kartı vasitəsilə müştərilərə plastik kartlar üzrə klassik xidmətlər təqdim olunacaq: vəsaitləri həftənin yeddi günü 24 saat ərzində nəğdləşdirmək, ticarət obyektlərində və internet-mağazalarda bazarlığı ödəmək, gecə-gündüz qlobal şəbəkədən istifadə etmək, məsləhətlər almaq və s.

Unibank müştərilərinə həm debit, həm də kredit MasterCard kartları təqdim edir.

Unibank artıq digər ödəmə sistemi - Visa İnternational sisteminin prinsipial üzvüdür. MastreCard-da prinsipial üzvlük və bu sistemin plastik kartlarının emissiyası yalnız bu kartların emissiyasının əhəmiyyətli artmasına deyil, həmçinin bankın məhsul xəttinin genişləndirilməsinə imkan verəcək, deyə bankın məlumatında bildirilib.

Xəbər lenti

Xəbər lenti