...

Azərbaycanla BƏƏ beynəlxalq nəqliyyat sazişi imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2007 13:06 (UTC +04:00)
Azərbaycanla BƏƏ beynəlxalq nəqliyyat sazişi imzalayıblar

Azərbaycan, Bakı / Trend / Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət sektorunun inkişafı naziri Sultan bin Sayed əl-Mansuri ilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov ikitərəfli ticarət-nəqliyyat əlaqələrinin yaradılmasına dair beynəlxalq nəqliyyat sazişi imzalayıblar.

"Azərbaycan - Rusiya, Qazaxıstan, Çin, İranın şimal hissəsi və Şərqi Türkiyəyə çıxış üçün vacib nəqliyyat dəhlizi rolunda çıxış edir. Biz ikitərəfli əlaqələrin inkişafı üçün yetərli potensial görürük " - deyə BƏƏ naziri deyib.

Onun sözlərinə görə, ölkəsi Azərbaycanla hava limanları, yük terminalları, dəniz limanları, avtomobil yolları və digər nəqliyyat infrastrukturunun inkişafında əməkdaşlıq etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti