...

Son il ərzində birja kursu 5 faizədək möhkəmlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2007 16:54 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Hesabat dövründə milli valyutanın birja kursu 0,3 faiz möhkəmlənib - 1 USD üçün 0,8667 manatdan 0,8640 manatadək. Bu barədə cümə axşamı Bakı Banklararası Valyuta Birjasının yaydığı məlumatda bildirilib.

Nəticədə manatın ABŞ dollarına olan orta ölçülü kursu apreldə 1 USD üçün 0,8656 manat təşkil edib. Martın yekunlarına əsasən isə, bu, 0,8679 manata bərabər olub.

Son il ərzində ümumilikdə milli valyutanın ABŞ dollarına birja kursu 4,47 faiz möhkəmlənib.

Xəbər lenti

Xəbər lenti