...

USAID Bakıda tarif dərəcələrinin dəyişdirilməsi və kommunal xidmətlərin tənzimlənməsi üzrə treninqlər keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2007 14:48 (UTC +04:00)
USAID Bakıda tarif dərəcələrinin dəyişdirilməsi və kommunal xidmətlərin tənzimlənməsi üzrə treninqlər keçirir

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Bazar ertəsi Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Tarif Şurasının texniki heyəti üçün treninqlər başlayıb. "Tarif dərəcələrinin dəyişdirilməsi və kommunal xidmətlərin tənzimlənməsi" treninqini Kommunal müəssisələrin tənzimlənməsi üzrə Milli Assosiasiyanın (NARUC) komissiya üzvləri təşkil edib.

Enerji siyasətinin tədqiqi üzrə regional mərkəzin direktoru Piter Kaderjakın bildirdiyinə görə, treninqlərin keçirilməsində əsas məqsəd enerji tariflərinin strukturunun müəyyənləşdirilməsi və qiymət anlayışı, məqsədi, metodları barədə biliklərin artırılmasıdır.

Macarıstan, Litva və ABŞ-dan olan beynəlxalq ekspertlər qiymət qərarlarının sosial təsiri, effektiv qiymətlərin məziyyəti, tariflərin layihələşdirilməsi və planlaşdırılması, ayrı-ayrı sahələrdə qiymətlərin tənzimlənmə yolları və üsulları barədə müzakirələr aparacaqlar.

Hazırki intensiv treninq proqramı Tarif Şurasının texniki tələblərinə uyğun olaraq uzunmüddətli enerji tənzimlənməsi, texniki yardım, informasiya mübadiləsi, düzgün idarəetmənin inkişafına kömək məqsədi ilə hazırlanıb.

7-11 may tarixlərində olacaq treninqlər Azərbaycanda kommunal xidmətlərin inkişafı layihəsi çərçivəsində keçirilir. Kaderjak elektrik enerjisi tənzimlənməsinin ərazi və prinsiplərinin təqdimatını keçirib.

USADID-in bu proqramı 2004-cü ilin martından etibarən ölkənin energetika sahəsində əhəmiyyətli təkliflər verən və qərar qəbul edən hökumət orqanlarının nümayəndələri ilə müzakirələr məqsədilə başlanılıb.

Xəbər lenti

Xəbər lenti