...

Yeni nəqliyyat protokolu Azərbaycan, Gürcüstan və Qazaxıstana tarif məsələləri ilə bağlı qərarları sadələşdirməyə imkan verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2007 17:30 (UTC +04:00)
Yeni nəqliyyat protokolu Azərbaycan, Gürcüstan  və Qazaxıstana tarif məsələləri ilə bağlı qərarları sadələşdirməyə imkan verəcək

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Ötən həftə Aktauda Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında imzalanmış protokol ölkələrə bütün növ yükləroin daşınması ilə bağlı razılaşdırılmış siyasət həyata keçirməyə imkan verəcək. Bu barədə bazar ertəsi Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib.

Qurumdan bildiriblər ki: "Sənəd hətta nəqliyyat dəhlizinin inkişafı ilə bağlı razılaşdırılmış siyasət həyata keçirməyə də imkan verəcək".

Nazirlikdən bildiriblər ki, razılaşdırılmış tarif siayasəti dəhlizdə yük axınının, xüsusilə də konteyner, maye və digər növ yüklərin artmasına səbəb olacaq.

Qazaxıstanın təşəbbüsü ilə tədbir keçirilməsi və sənədin imzalanması qazax tərəfinin Qara dəniz limanlarına yüklərin Azərbaycan və Gürcüstandan, həmçinin dəmir yolu vasitəsilə Bakı-Tiflis-Qars marşrutu ilə ixrac olunmasında maraqlı olduğunu göstərir.

Görüşdə Azərbaycan tərəfdən Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət Dəmir Yolu, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti