...

TRANS CASPIAN 2007 sərgisində iştirakçıların yarıdan çoxunu xarici şirkətlər təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2007 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ VI beynəlxalq TRANS CASPIAN 2007 sərgisinin sahəsi 15 faiz artırılıb. Sərgidə Azərbaycan bazarına ilk dəfə daxil olmuş şirkətlər 30 faiz təşkil edəcək. Bu barədə çərşənbə axşamı sərginin təşkilatçılarının mətbuat konfransında Iteca Caspian şirkəti məlumat verib.

Mayın 16-18-də Bakıda keçiriləcək sərgidə dünyanın 10 ölkəsindən 40-dan çox şirkətin iştirak edəcəyi gözlənilir.

Altıncı sərgidə iştirak edən şirkətlərin arasında 50 faiz sahəni xarici şirkətlər tutacaq.

Sərginin meneceri Səbinə Mirzəyevanın sözlərinə görə, yerli şirkətlər hələ ki, sərgidə iştirak etməyin onlara nə qədər xeyir gətirdiyini anlamırlar. Bunun nəticəsidir ki, sərgidə iştirak edənlərin yarısından çoxu xarici şirkətlərdir.

Sərgi aşağıdakı sahələri əhatə edəcək: avtomobil, su, hava, dəmiryol nəqliyyatı, dəmir yolları: avafdanlıq və texniki təchizat, intermodal daşımalar, kuryer daşımaları, yükləmə-boşaltma avadanlıqları, liman/terminal, gəmi işləyə bilən xətlər, gəmiqayırma, yüklərin göndərilməsi, neft məhsullarının daşınması, yüklərin sığortası, anbara yığılma avadanlıqları, gömrük xidmətləri, yol tikinti texnikası (yol nişanları).

Sərginin iştirakçıları arasında Azərbaycan Dövlət Dəmir Yolu, Aztranspetrol, Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi, Baku- Droqobıç avtomobil kranı şirkəti (Azərbaycan - Ukrayna), Azərbaycanın Nəqliyyat Nazirliyi, Rusiya Dəmir Yolu, Speyskom (Estoniya), "Ukrzaliznitsa" Ukrayna Dəmir Yolu və digərləri iştirak edəcək.

TRANSCASPIAN 2007 sərgisinə rəsmi dəstəyi Azərbaycanın Nəqliyyat Nazirliyi, Sənaye - Ticarət Palatası, TRACECA daimi hökumətlərarası komissiyasının Katibliyi, Azərbaycanda ixracın və investisiyaların genişləndirilməsi fondu və TUSİAB verir.

Xəbər lenti

Xəbər lenti