...

AZAL rəhbəri: "Beynəlxalq hava limanının xüsusi iqtisadi zonaya çevirilməsi investisiyalar üçün şərait yaradıb"

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2007 14:47 (UTC +04:00)
AZAL rəhbəri: "Beynəlxalq hava limanının xüsusi iqtisadi zonaya çevirilməsi investisiyalar üçün şərait yaradıb"

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Heydər Əliyev adına Azərbaycan beynəlxalq hava limanının xüsusi iqtisadi zonaya çevirilməsi onun inkişafına 300 mln. dollar investisiya yatırmağa imkan verəcək. Bu barədə çərşənbə günü "Caspian Air Cargo Summit-2007"də iştirak edən AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərov bildirib.

Mart ayında Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Rrespublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında" fərman verib. Fərmanda qeyd olunur ki, xüsusi iqtisadi zonaların yaradılması ölkədə iqtisadi sahədə əlverişli mühitin yaradılması, investisiyaların genişləndirilməsi və onların prioritet istiqamətlərə yönləndirilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsinin tətbiq olunması, ticarət və xidmətlərin rəqabət qabiliyyətinin artırılması nəzərdə tutulur.

Xüsusi iqtisadi zonaların yaradılması sahəsində dövlət siyasətinin müəyyən olunması İqtisadi İnkişaf Nazirliyinə həvalə olunub.

Əsgərovun sözlərinə görə, bu investisiyaların qoyulması üçün artıq potensial şirkətlər mövcuddur. "Azərbaycan prezidenti tərəfindən xüsusi iqtisadi zonaların yaradılması barədə fərman imzalandıqdan sonra biz müvafiq layihə hazırlamağa başlamışıq. Plan hazırlandıqdan sonra biz dəyişikliklər sahəsində işlər aparacağıq" - deyə Əsgərov bildirib.

Xəbər lenti

Xəbər lenti