...

Garadagh Sement-ə kapital qoyuluşunun tarixi ilə bağlı Holcim-in mövqeyi AİŞ və AYİB-in mövqeyi uyğun gəlmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2007 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ "Azərbaycan investisiya şirkəti" SC Garadagh Sement-in Nizamnamə Kapitalında iştirakdan imtina etməyəcək. Bunu cümə axşamı iqtisadi inkişaf naziri Heydər Babayev bəyan edib.

"Bu barədə söhbət də gedə bilməz. Belə ki, iştirak məsələsi artıq həll olunub",- deyə nazir bildirib. Amma AİŞ və zavodun əsas səhmdarı İsveçrənin Holcim şirkəti arasında bəzi fərqli yanaşmalar mövcuddur.

AİŞ və AYİB Holcimə Garadagh Sement-ə kapital qoyuluşunu sürətləndirməyi təklif edir. O isə bazarda mümkün rəqibin yarana biləcəyinə görə, bunu 2008-ci ildə etməyi planlaşdırır. Tərəflər arasında müzakirələr isə hələ davam etdirilir. "Biz AYİB-lə eyni mövqedəyik və hesab edirik ki, bunu etmək lazımdır, bu dəfə daha təxirə salmaq olmaz. Avropa Bankı Holcimlə daha intensiv danışıqlar aparır və hesab edirik ki, Holcimi inandıra biləcək",- deyə Babayev bildirib. SHazırda Avropa Bankı, AİŞ və Holcimin layihəsi üzrə Garadagh Sement-ə real kapital qoyuluşunun vaxtı dəqiqləşdirilir.

Azərbaycan İnvestisiya şirkəti zavodun 20 faiz səhmlərini almaq niyyətindədir. Bu barədə sazişin 2007-ci ilin sonuna qədər imzalanacağı gözlənilir. Holcim-in sahib olduğu səhm paketindən 20 faiz AİŞ-ə veriləcək. AYİB Direktorlar Şurası isə 2006-cı ildə 10 mln. dollara zavodun 20 faiz səhmlərıinin alınması barədə qərar qəbul edib. Bu ildən etibarən isə AYİB səhmdarlar sırasına daxil olub.

Garadagh Sement quru texnologiya əsasında istehsala keçmək niyyətindədir. İlkin qiymətləndirilməyə görə, ümumi kapital qoyuluşu 110-120 mln. dollar təşkil edəcək. Layihənin ümumi dəyəri 13,3 mln. dollar dəyərində qiymətləndirilir. Əsas məqsəd isə ətraf mühitə olan təsirin azaldılmasıdır. Ətraf mühitə təsirin yaxşılaşdırılması ilə bağlı investisiyalar və tədbirlər AYİB-in bu layihədə iştirak şərtlərinə daxildir.

İsveçrənin Holcim şirkəti Garadagh Sement zavodunu 1999-cu ildə özəlləşdirib.

Xəbər lenti

Xəbər lenti