...

BVF nümayəndəliyinin rəhbəri: "Regional konfrans Azərbaycanda xüsusi xarici borc üzrə yığım statistikasını yaxşılaşdırmağa kömək edəcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2007 14:29 (UTC +04:00)
BVF nümayəndəliyinin rəhbəri: "Regional konfrans Azərbaycanda xüsusi xarici borc üzrə yığım statistikasını yaxşılaşdırmağa kömək edəcək"

Azərbaycan, Bakı/müxbir Trend İ.Xəlilova/ Azərbaycan Milli Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (BVF) bazar ertəsi ödəmə balansının statistikasının formalaşdırılmasının konseptual əsaslarına həsr olunmuş regional bank konfransı keçirib.

"Ödəmə balansında əks olunan çox sayda transaksiya və əməliyyatlar bank sektorundan keçir, buna görə də bu çox vacibdir" - deyə AMB-in İdarə Heyətinin rəhbər müavini Vadim Xubanov bildirib.

Konfransda həmçinin Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Gürcüstan mərkəzi banklarının, əsasən ödəmə balansını tərtib edən idarəedənlər səviyyəsində nümayəndələri iştirak edib. Qonaqlar təcrübələri ilə bölüşəcək, belə ki, ödəmə balansı xarici ticarət əməliyyatları nöqteyi-nəzərindən digər dövlətlərin iqtisadiyyatı ilə qarşılıqlı əlaqədardır.

AMB rəhbərinin müavininin sözlərinə görə, bunun statistikada əks olunmasının yanaşma və metodları çox vacibdir, buna görə də digər ölkələrlə təcrübə mübadiləsi səmərəli olacaq.

"Statistika orqanları və kommersiya bankları arasında danışıqlar ödəmə balansı üzrə yığım statistikasının yaxşılaşdırılması, əsasən də kapital xərclər və özəl sektorun xarici xüsusi borcunun uçotu üçün çox vacibdir. Bu məlumatların toplanması bir qədər çətindir, buna görə də Dövlət Statistika Komitəsinin rəsmi şəxsləri və kommersiya banklarının işçiləri nəyi yığmaq lazım olduğunu və bunun nə qədər vacib olduğunu aydınlaşdırmalıdır" - deyə BVF-in Bakı nümayəndəliyinin rəhbəri Bazel Zavoyko bildirib.

Tədbirdə bank sektorunun mütəxəssisləri iştirak edir, dövlət idarələri - Nazirlər Kabineti, Dövlət Statsitika Komitəsinin nümayəndələri dəvət olunub. Konfrans mayın 25-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti