...

ABŞ Azərbaycana kənd təsərrüfatı layihələrinin birgə maliyyələşdirilməsini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2007 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Bu günə qədər ABŞ Azərbaycana kənd təsərrüfatına yardım qismində 50 mln. dollar təqdim edib və bu istiqamətdə əməkdaşlıq davam etdirilir. Bunu Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşündə ABŞ Dövlət Departamentinin ticarət və biznes məsələləri üzrə xüsusi nümayəndəsi Frenk Mermud bildirib.

Qonaq qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsindəki layihələrin birgə maliyyələşdirilməsini təklif edib. Bu layihələr keyfiyyət nəzarəti və kənd təsərrüfatı məhsullarının sertifikatlaşdırılması, ərzaq təhlülkəsizliyi, infrastruktur, "quş qripi" ilə mübarizə sahələrini əhatə edə bilər. Bu sahədə həmçinin mütəxəssislərn də hazırlanması mümkündür.

Mermudun sözlərinə görə, o, kənd təsərrüfatı sahəsində çalışan bir sıra iş adamları ilə görüşüb və bəzi layihələr üzrə artıq ilkin razılıq əldə olunub. O, bu layihələrin həyata keçirilməsində İİN-nin rolunun vacibliyini qeyd edib.

İqtisadi inkişaf naziri iki ölkə arasında qeyri-neft sektorunda mövcud potensialın səmərəli istifadə olunması üçün hər bir yardımı göstərməyə hazır olduğunu bildirib. Babayev Xəzər regionu və Cənubi Qafqazda Azərbaycanın həyata keçirdiyi transmilli layihələrdə Amerika şirkətlərinin fəal iştirakını qeyd edib. Nazir ABŞ-la yalnız neft sahəsində deyil, həmçinin qeyri-neft sektorunda da əməkdaşlıq etmək istəyini bildirib.

Xəbər lenti

Xəbər lenti