...

Gəncəyə iritutumlu avtobuslar gətirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Azərbaycanın Gəncə şəhərinə yeni iritutumlu "PAZ" markalı avtobuslar gətirilib və iyunun 1-dən xəttə buraxılacaq. Gəncə şəhər 1 saylı Regional MMC-nin rəisi Şəmistan Nağıyev çərşənbə axşamı bildirib ki, avtobuslar hazırda texniki baxışdan keçirilir. Onun sözlərinə görə, yeni sərnişin maşınları şəhərin müxtəlif xətlərinə buraxılacaq. Ehtiyac olduğu halda yeni xətlər də istismara veriləcək.

Yeni avtobusları gətirən "Azəravtonəqiliyyat" şirkətinin rəisi Azər Sadıxov bildirib ki, avtobusların hər biri 10-14 min manata başa gəlib.

"Avtobuslar Rusiyadan gətirilib və bir il istifadə olunub. Lakin istismara tam yararlıdır" - deyə Sadıxov bildirib.

Sadıxov yaxın vaxtlarda, həmçinin Türkiyədən də 20 avtobusun gətiriləcəyini qeyd edib. Avtobuslar 65 min manata başa gəldiyindən kreditlə alınacaq.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti