...

Gürcüstan nümayəndə heyəti ANNK-nın toplantısında iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2007 12:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstan nümayəndə heyəti Sofiyada keçirilən Avropa Nəqliyyat Nazirlərinin Konfransında (ANNK) iştirak edir. Mayın 30-dan 31-dək davam edəcək toplantıda Gürcüstanı nazirin birinci müavini David Natroşvili təmsil edir. Bu barədə Gürcüstan İqtisadi İnkişaf Nazirliyindən verilən məlumatda bildirilir.

Konfrans yolların ötürücülük qabiliyyətinin artırılması problemlərinə və tıxaclar probleminin həlli ilə bağlı investisiya prioritetlərinin müəyyənləşdirilməsinə həsr olunub.

ANNK nəqliyyat siyasəti ilə bağlı qərarların qəbuluna cavabdeh orqanlara ideya mübadiləsi üçün əsasların verilməsi məqsədilə yaradılıb. Bu, informasiya mübadiləsi və dəmir yol, avtomobil və su nəqliyyatı sahəsində birbaşa məsləhətləşmələr yolu ilə həyata keçirilir.

Konfransın əsas məqsədləri ümumən və regional miqyasda Avropanın beynəlxalq əhəmiyyətli daxili nəqliyyat sisteminin maksimal istifadəsi və rasional inkişafına nail olmaqdır, habelə Avropanın daxili nəqliyyat sistemi ilə məşğul olan beynəlxalq təşkilatların fəaliyyətinin koordinasiyasıdır.

Hazırda konfrans özündə Avropanın 43 ölkəsinin nazirini birləşdirir.

Xəbər lenti

Xəbər lenti