...

Azərbaycan Sahibkarlar Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının sessiyasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov Beynəlxalq Əmək Təşkilatının 96-cı sessiyasında iştirak edəcəck. Bu barədə Konfederasiyanın məlumatında qeyd olunub.

Sessiya zamanı Məmmədov "Məşğulluq sahəsində bərabərsizliyin aradan qaldırılmasında sahibkarların rolu" mövzusunda məruzə ilə çıxış edəcək.

Azərbaycanı sessiyada 16 nəfərdən ibarət nümayəndə heyəti təmsil edəcək.

Sessiya iyunun 10-dan 16-na qədər Cenevrədə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti