...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2007 13:30 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova / Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0009 bənd möhkəmlənib (0,09 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,85692 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi iyun 4-də (1 ABŞ dolları üçün 0,8575 manat), minimum isə iyun 7-8-də (1 ABŞ dollarına 0,8566manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
28may 0,8597 4 iyun 0,8575
29may 0,8593 5 iyun 0,8571
30 may 0,8589 6 iyun 0,8568
31 may 0,8584 7iyun 0,8566
1 iyun 0,858 8 iyun 0,8566
Həftə ərzində orta 0,85886 Həftə ərzində orta 0,85692

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,8 bənd (0,1 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,85556 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi iyun 4-də (1 ABŞ dollarına 0, 8561 manat), minimum isə iyun 7-də (1 ABŞ dollarına 0, 8552 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 4 iyunda - 0, 8561AZN/USD məzənnəsi ilə $1,2 mln., 5 iyunda - 0, 8556 AZN/USD məzənnəsi ilə $8,6 mln., 6 iyunda - 0, 8556 AZN/USD məzənnəsi ilə $9,4 mln., 7 iyunda - 0, 8552 AZN/USD məzənnəsi ilə $11,84 mln., 8 iyunda - 0, 8553 AZN/USD məzənnəsi ilə $10 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
28may 0,8597 4 iyun 0,8575
29may 0,8593 5 iyun 0,8571
30 may 0,8589 6 iyun 0,8568
31 may 0,8584 7iyun 0,8566
1 iyun 0,858 8 iyun 0,8566
Həftə ərzində orta 0,85886 Həftə ərzində orta 0,85692
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
28 may 0, 8597 14 may 0,8622
29 may 0,8593 15 may 0,8617
30may 0,8589 16 may 0,8615
31 may 0, 8573 17 may 0,8612
1 iyun 0, 8563 18 may 0,8612
Həftə ərzində orta 0, 8563 Həftə ərzində orta 0, 85556

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 12 manat səviyyəsində qalıb.

Xəbər lenti

Xəbər lenti