...

Ekspertlər: Yeni Xəzər-Azov kanalının tikintisi regiondan dəniz daşımalarının həcmini artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2007 16:30 (UTC +04:00)
Ekspertlər: Yeni Xəzər-Azov kanalının tikintisi regiondan dəniz daşımalarının həcmini artıracaq

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycanın nəqliyyat ekspertləri hesab edirlər ki, Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif olunan yeni Xəzər-Azov gəmir yolu kanalının çəkilməsi ("Avrasiya" layihəsi) Xəzər regionundan Aralıq dənizinə yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına imkan verəcək.

Bu layihə Volqa-Don kanalının işini yüngülləşdirəcək, eyni zamanda rəqabəti də artıracaq ki, bu da ola bilsin, həmin marşrut üzrə gəmilərin keçidini sadələşdirəcək.

Hazırda gəmilərin Qara, Aralıq dənizlərinə və Dünya okeanına çıxışı yalnız Rusiyanın Volqa-Don kanalı vasitəsilə həyata keçirilir. Azərbaycan tərəfi bu kanaldan keçmək üçün icazə almaqda çox böyük çətinliklərlə üzləşir.

Belə ki, Xəzər dənizinə gələn gəmi Qara dənizə, daimi iş yerinə yalnız bir dəfə keçə bilər. Bu problemin həlli üçn Rusiyanın normativ-hüquqi aktlarında dəyişiklik etmək lazımdır.

2006-cı ildə Xəzər Gəmiçiliyi Rusiya hökumətindən RF-nin daxili sularında hərəkət etmək üçün 14 gəmiyə 25 icazə alıb. 11 icazə Xəzərə keçid, 14 icazə isə Xəzərdən çıxış üçün alınıb. Bu il isə 22 icazə təqdim olunub.

Azərbaycan Rusiyanın daxili sularında hərəkətlə bağlı uzun müddətli müqaviləyə ümid edir. Bu məsələnin həll olunması üçün Rusiyanın Dəniz Məcəlləsi və müvafiq qanunvericilik aktlarında dəyişiklik etmək lazımdr. Hazırda bu marşrut üzrə hərəkət edən Azərbaycan gəmisinin keçid haqqı 20-25 min dollara başa gəldiyi halda rus gəmiləri bu məqsədlə 5-6 min dollar xərcləyirlər. Bu yolla Azərbaycan gəmiləri Rusiyanın Kanal xidmətlərinə böyük gəlir verir.

Bundan əlavə, Volqa-Don kanalının texniki göstəriciləri təlklif olunan Avrasiya layihəsindən xeyli pisdir.

Avrasiya iqtisadi cəmiyyətinin baş katibinin müavini Serik Primbetov bildirib ki, bu kanalın Xəzər dənizindən Kuma-Manıç çökəkliyi vasitəsilə Don çayının mənsəbinə qədər uzadılması təklif olunur. Təklif olunan kanalın uzunluğu 650 km, eni 80 m, dərinliyi 6,5 m, şlüzlərin sayı 6 təklif olunub.

Kanal "çay-dəniz" sinfindən olan, yükgötürməsi 3,5-5,5 min ton, yükgötürməsi 10 min ton olan yeni nəsil gəmilər üçün nəzərdə tutulur. Azov dənizinin azsulu olması nəzərə alınaraq Xəzər-Azov kanalının iqtisadi cəhətdən effektiv olması üçün Taqanrok körfəzinin farvaterinin dərinləşdirilməsi planlaşdırılır.

İllik naviqasiya dövrü isə 40 mln. ton buraxılışla 10-12 ay qiymətləndirilir. Yüklərin Xəzər dənizindən Dunay çayının mənsəbinə qədər çatdırılması 9-12 sutka təşkil edəcək. Kanalın tikintisi 3-5 il müddətə 2,5 mlrd. dollar qiymətləndirilir.

Bununla yanaşı nəzərə almaq lazımdır ki, Volqa-Don kanalının gücü illik 13 mln. ton təşkil edir. Buradakı şlüzlərin sayı isə təklif olunan "Avrasiya" layihəsindən 3 dəfə çoxdur. Hesablamalara görə, Xəzər-Azov kanalı ilə gəmilərin hərəkəti 4 sutka təşkil etdiyi halda Volqa-Don kanlında 8 sutkadır. Vaxta və keçilən şlüzlərin sayına görə hər tona 3,2 dollar qənaət etmək olar.

Xəbər lenti

Xəbər lenti