...

Moldova Sənaye-Ticarət Palatası: Azərbaycan bu gün Moldova iqtisadiyyatına yatırımlar etmək iqtidarındadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2007 16:25 (UTC +04:00)
Moldova Sənaye-Ticarət Palatası: Azərbaycan bu gün Moldova iqtisadiyyatına yatırımlar etmək iqtidarındadır

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycan iqtisadiyyatı bu gün Moldova iqtisadiyyatına yatırımlar etmək iqtidarındadır. Bu fikri bazar ertəsi Bakıda keçirilən GUAM işgüzar şurası üzvlərinin toplantısında Moldovanın Sənaye-Ticarət Palatasının (STP) Qaqauz filialının direktoru Pyotr Paşalı ifadə edib.

"Moldova da ümid edir ki, lazımi səviyyəyədək yüksələcək və Azərbaycanla yalnız ticarət sahəsi səviyyəsində deyil, həmçinin mədəni maarifçilik sahələrində bərabərhüquqlu əlaqələr qura biləcək" - deyə o bildirib.

2007-ci ilin yanvar-fevral aylarında Moldova ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi $1,5 mln. təşkil edib. Müvafiq zaman kəsiyində bu iki dövlət arasında idxal $1,48 mln., ixrac isə $12,5 min olub.

Xəbər lenti

Xəbər lenti