...

"Rabitəbank" istiqrazlar buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Qiymətli kağızlar üzrə Dövlət komitəsi "Rabitəbank" ASC-nin faizli adlı sənədzsiz səhmlərinin emissiya prospektini qeydiyyatdan keçirib. Bu barədə Bakı fond birjasının çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Emissiyanın həcmi 2 mln. manat, bir səhmin nominal dəyəri isə 200 manat təşkil edir. İstiqrazlar üzrə gəlir 14,5 faiz həcmində müəyyənləşdirilib. Müraciət müddəti isə 450 gündür.

Emissiya prospektinə əsasən, yerləşdirmə Bakı fond birjasında açıq yazılma metodu ilə həyata keçiriləcək. Anderrayter rolunda "Azərigazbank"çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti